Главная > Kriminal > Övladlarının boğazını kəsib öldürən ana: "Şübhələnməsinlər deyə..." - Azərbaycanda

Övladlarının boğazını kəsib öldürən ana: "Şübhələnməsinlər deyə..." - Azərbaycanda


25-10-2021, 14:00. Разместил: admin
Övladlarının boğazını kəsib öldürən ana: "Şübhələnməsinlər deyə..." - Azərbaycanda


Ananın övladlarını bir neçə müddət əvvəl öldürməsinin təfərrüatları məlum olub. Belə ki, iki uşağının boynunu kəsən valideynin törətdiyi əməl barədə ətraflı ifadəsi ortaya çıxıb.

“Ölkə.Az” xatırladır ki, Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini Ramal Əliyevin yaşadığı mənzildə naməlum şəxsin onun iki azyaşlı övladını bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları orada bıçaq xəsarətləri almış uşaqlardan birinin artıq öldüyünü, digərinin isə ağır vəziyyətdə olduğunu aşkar ediblər.

Xəstəxanaya yerləşdirilən digər yaralı uşağa tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.



Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətin sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı, yəni uşaqların doğma anası olan Sədaqət Babayeva tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Ölkə.az-ın məlumatına görə, iş üzrə dindirilən Sədaqət Babayeva ifadəsində bildirib ki, 1996-cı ildə Saatlı rayonunda anadan olub. Gəncə şəhəri Xətai küçəsində qeydiyyatda olub. 2011-ci ildə Ramal Əliyevlə ailə həyatı qurub. Həmin nikahdan onların Vaqif və Yəhya adlı iki övladları olub.



Həyat yoldaşı ilə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan korlanıb. Tez-tez mübahisələri olub və boşanmaq qərarına gəliblər. 

“Hər gün aramızda mübahisə olurdu. Məni döyürdü, söyürdü təhqir edirdi. Dolanışığımız pis idi. Hər dəfə kirayə qaldığımız evləri dəyişdirmək məcburiyyətində qalırdıq. Artıq bezmişdim. İstədim uşaqları evdə qoyub gedib”, - o deyib.

Sədaqət Babayeva ifadəsinin davamında bildirib ki, hadisə baş verən günü Ramal işə gedəndən sonra o da uşaqları evdə qoyub getmək istəyib. Lakin çölə çıxanda Ramalın hələ də getmədiyini və küçədə dayanıb kiminləsə söhbət etdiyini görüb. Buna görəndə əsəbləşib evə qayıdaraq mətbəxdə yemək hazırlamağa başlayıb. Bu zaman azyaşlı uşaqları Vaqif və

Yəhyanın yataq otağında ağladıqlarını eşidib. Əlindəki soğan doğradığı bıçaqla həmin otağa keçib.

“Girdim otağa, ikisi də uzanmışdı. Səslərindən əsəbiləşib birinci bıçaqla Yəhyanın bədəninə bir neçə zərbə vurum sonra da boğazını kəsdim. Vaqif ağlaya-ağlaya baxıb dedi ki, mama neyləyirsən? Sonra o biri otaqdan yorğan götürüb Yəhyanı yorğana bükdüm ki, qanı görməyim. Çıxdım çöldə bıçağın qanını yuyub yenidən otağa qayıtdım. Bilmirdim nə edim. Gördüm Vaqif oturub ağlayır. Onun da həmin bıçaqla boğazını kəsdim”.

Babayeva ifadəsinin davamında bildirib ki, dəhşətli cinayəti törətdikdən sonra həyətə çıxıb  paltar asılan iplə özünün əl ayaqlarını bağlayıb.

“Elə bir səhnə yaratmaq istəyirdim ki, elə bilsinlər evə oğru girib və cinayəti oğrular törədib. Əl-ayağımı bağlayıb qışqırdım ki, kömək eləyin, uşaqlarımı öldürdülər”. 

Təxminən bir neçə dəqiqə sonra səsə qonşular gəlib, hadisə barədə polisə xəbər veriblər. Təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılan azyaşlı Vaqif həkimlərin səyinə baxmayaraq orda dünyasını dəyişib.

Polis bölməsində dindiriləndə Sədaqət Babayeva hadisə barədə əvvəl yalan ifadə versə də, sonradan uşaqlarını öldürdüyünü etiraf edib.

Məhkəmə psixoloji ekspertizanın rəyinə əsasən, Sədaqət Babayeva hadisəni törədən zaman anlaqlı vəziyyətdə olub.

Sədaqət Babayeva Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilib.

Məhkəmə prosesi zamanı Sədaqət Babayeva ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirib.

Sonda Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədaqət Babayeva 18 il müddətinə azadlıqdan məhrum edilib.


Вернуться назад