Главная > Kriminal > Azərbaycanda polis əməkdaşı bıçaqlandı
Azərbaycanda polis əməkdaşı bıçaqlandı11-10-2021, 10:49. Разместил: admin |
Bir neçə gün əvvəl Daşkəsən rayonunun Çıraqlı kəndində 1996-cı il təvəllüdlü Nəbiyev Ruhlan Asim oğlunun bıçaqlanması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Ölkə.az-ın əldə etdiyi məlumata görə, kənd sakini 1969-cu il təvəllüdlü Hüseynəliyev Faiq Abbas oğlu tərəfindən bıçaqlanan gənc polis əməkdaşı olub. Belə ki, polis serjantı olan Ruhlan Daşkəsən rayon Polis Şöbəsinin İTB-nin Çıraqlı kənd üzrə sahənin polis nəfəri vəzifəsində çalışır. Hadisə isə münaqişə zəminində baş verib. Polis əməkdaşları tərəfindən saxlanılan 52 yaşlı Faiq Hüseynəliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə işə açılıb. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |