Главная > Kriminal > Azərbaycanda əxlaqsızlıq yuvası aşkarlandı — FOTO

Azərbaycanda əxlaqsızlıq yuvası aşkarlandı — FOTO


4-08-2020, 14:13. Разместил: admin
Azərbaycanda əxlaqsızlıq yuvası aşkarlandı — FOTO


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində işlətdiyi “Yaşıl Ada” adlı kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi aşkar olunub.
"Ölkə.Az" xəbər verir ki, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. 

Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.




Вернуться назад