Главная > Kriminal > Erməni silahlı bölmələri Şuşanın Sarıbaba kəndini tərk edib
Erməni silahlı bölmələri Şuşanın Sarıbaba kəndini tərk edib18-08-2021, 11:43. Разместил: admin |
Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin əsgərləri bir neçə gün əvvəl Şuşanın Sarıbaba kəndini tərk edib gediblər. Nəticədə kənd hazırda müdafiəsiz qalıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda “kənd icmasının rəhbəri” Artak Akopyan bildirib. “Kənd müdafiəsiz qalıb. Şaiyələrə əsasən əsgərlərimiz mövqelərindən ona görə çəkiliblər ki, azərbaycanlılar da 3 kilometr geri çəkilsin. Amma hələlik heç nə baş vermir”,-o deyib. Akopyanın sözlərinə görə, müəyyən vaxt Rusiya sülhməramlıları kəndi müdafiə etmək üçün gəliblər, amma sonra onlar da gediblər və daha geri qayıtmayıblar. Sarıbaba (ermənilər bu kəndi “Yextsaoğ” adlandırırlar) kəndi Laçın-Xankəndi yolunun, yaxud Laçın dəhlizinin şimalında yerləşir, ona ən yaxın yaşayış məntəqəsi Göytala kəndidir. Eyni adlı dağın ətəyində yerləşən Sarıbaba kəndində vaxtilə ermənilər məskunlaşdıqdan sonra onun adını dəyişdirmişdilər, kənd 1992-ci ildə işğal altına düşüb. Вернуться назад |