Главная > Kriminal > Bir ilə yaxın erməni əsirliyində olmuş azərbaycanlı necə qaçdıqlarını danışır - VİDEO

Bir ilə yaxın erməni əsirliyində olmuş azərbaycanlı necə qaçdıqlarını danışır - VİDEO


10-07-2021, 13:41. Разместил: admin
Bir ilə yaxın erməni əsirliyində olmuş azərbaycanlı necə qaçdıqlarını danışır - VİDEO


"Ermənilər Xankəndində özləri üçün "xiyaban" yaratmışdılar. Azərbaycanlı əsirləri aparıb erməni qəbirlərinin qarşısında başlarını kəsərək bizə göstərirdilər. Onlar bunu xüsusi qəddarlıqla edirdilər və həzz alırdılar”.

Bunu "Report"a açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı 343 gün erməni əsirliyində olmuş keçmiş hərbçi Famil Əliyev deyib.

O bildirib ki, erməni vandalları qadın, qoca, uşaqlar da daxil olmaqla bütün azərbaycanlı əsirlərə amansız işgəncə verirdilər:

"Gec-tez məni də öldürəcəklərini düşünərək əsirlikdən qaçmaq üçün plan qururdum. Dekabrın 9-dan 10-na keçən gecə bizi Füzuliyə işləməyə gətirdilər. “KamAZ” markalı bir neçə avtomobilə daş yükləyəndən sonra bizə 10 dəqiqə istirahət verildi. Həmin gün yanımızda yalnız bir nəfər - David adlı nəzarətçi vardı. Mən və 3 yoldaşım yorğun və ac-susuz olmağımıza baxmayaraq, erməni nəzarətçinin üzərinə atıldıq və silahını da alaraq tərkisilah etdik. Mən onu öldürmək istəyirdim, lakin orada qayda belə idi ki, bir azərbaycanlı bir ermənini öldürüb qaçırdısa, onun yerinə 3 azərbaycanlı əsiri güllələyirdilər. Mən ona görə onu öldürmədim ki, qalan əsirlərimizi öldürməsinlər. Biz onların əl-qolunu bağlayaraq zirzəmiyə atdıq. Beləcə, əsirlikdən qaçış planımız baş tutdu....", - o deyib.

<embed width="640" height="360" src="https://player.olke.az?v=&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>


Вернуться назад