Главная > Kriminal > Vulkanın neft-qaz infrastrukturu və insan həyatı üçün təhlükəsi yoxdur - RƏSMİ

Vulkanın neft-qaz infrastrukturu və insan həyatı üçün təhlükəsi yoxdur - RƏSMİ


5-07-2021, 12:19. Разместил: admin
Vulkanın neft-qaz infrastrukturu və insan həyatı üçün təhlükəsi yoxdur - RƏSMİ


Bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur.

"Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur", - nazirlikdən bildirilib.


Вернуться назад