Главная > Kriminal > Ermənistan təxribatları niyə artırıb? - "İstəyirlər ki..." (AÇIQLAMA)
Ermənistan təxribatları niyə artırıb? - "İstəyirlər ki..." (AÇIQLAMA)29-06-2021, 15:02. Разместил: admin |
"Ermənistanın təxribatları davam edəcək, çünki böhran yaşayan ölkədə orduya nəzarət yüksək səviyyədə deyil. Nəzərə almalıyıq ki, Qarabağ klanının orduya təsiri hələ də davam edir". Bunu təhlükəsizlik üzrə ekspert İlham İsmayıl son zamanlar Ermənistanın Azərbaycanla sərhəddə təxribatçı addımlarını şərh edərkən deyib. Onun sözlərinə görə, indiki məqamda bir neçə versiya irəli sürmək olar: "26-dan 27-nə keçən gecədə müxtəlif fasilələrlə atıcı silahlardan atəş açıblar. Biləsiniz ki, həmin Kəlbəcər istiqamətində Azərbaycan Ordusu çox sürətlə mühəndis-texniki qurğuları yerləşdirir. O qədər intensiv işlər gedir ki, payıza qədər çatmalıdır. Bunu qarşı tərəf görür və erməni mətbuatı da təəccübünü gizlədə bilmir. Bu işlərin qarşısını almaq və ləngitmələr üçün maksimum çalışırlar. Çünki seçkidən sonra Paşinyanın ilk addımlarından biri Moskvaya nümayəndə heyəti göndərmək oldu. Məqsəd Şoyqu ilə görüşmək və Azərbaycanla olan bütün sərhədlərinə Rusiya sərhədçiləri yerləşdirməkdir. Bilirsiniz ki, Ermənistanın İran, Türkiyə ilə artıq Zəngilan istiqamətində olan sərhədlərini Rusiya hərbçiləri qoruyurlar. Məhz buna görə Kəlbəcər istiqamətində işlərin ləngiməsinə çalışırlar və bu əraziyə də Rusiya hərbçilərinin gəlməsini istəyirlər. Amma bunun bizə bir o qədər də zərəri yoxdur. Çünki təqdim olunan xəritə məhz Rusiya tərəfindən verilib. Biz sovetin xəritəsi əsasında onsuz da işimizi görəcəyik. Heç kəsin ərazisinə girməmişik. Ona görə də çox inamla sərhədə qurğular yerləşdiririk. Sadəcə, istəyirlər ki, bir qarış da olsa, ərazi üstünlükləri olsun". Onun sözlərinə görə, Ermənistan tərəfi həmçinin Azərbaycanın sülh müqaviləsi dəvətindən qaçmaq istəyir: "Bunun fonunda beynəlxalq aləmin qınağına tuş gəlməməsi üçün öz təxribatlarını Azərbaycanın üstünə yıxmaq istəyir. Bununla bizi bir növ şantaj etmək istəyirlər. Guya Azərbaycan sülh istəmir və s. Bu səbəblərdən təxribatlara əl atırlar". Вернуться назад |