Главная > Kriminal > Rusiyada polis tərəfindən güllələnən gəncin nəşi Azərbaycana gətiriləcək - FOTO

Rusiyada polis tərəfindən güllələnən gəncin nəşi Azərbaycana gətiriləcək - FOTO


31-05-2021, 11:20. Разместил: admin
Rusiyada polis tərəfindən güllələnən gəncin nəşi Azərbaycana gətiriləcək - FOTO


Mayın 28-də Rusiyanın Novosibirsk şəhərində baş vermiş hadisənin təfərrüatı bilinib.
"Novosibirsk azərbaycanlılarının diasporundan oxu.az-a bildiriblər ki, ağır yaralanmış 19 yaşlı Vəkil Abdullayev mayın 30-da günorta saatlarında dünyasını dəyişib.

Həmin gün mərhumun evinin qarşısına 200-ə yaxın azərbaycanlı toplaşıb. Onlar istintaqın düzgün aparılmasını tələb ediblər.

“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatından bildirilib ki, Novosibirskdə azərbaycanlılara qarşı münasibət hər zaman yaxşı olub:

“Burada vəzifəlilər arasında azərbaycanlılar da var. Həm də yerli diaspor üzvləri xeyirxahlığı ilə seçilib, müxtəlif humanitar aksiyalarda iştirak ediblər. Qubernator hər zaman azərbaycanlıların işlərini qeyd edib. Mərhumun atası şəhərdə hörmət sahibi olub. Hadisə həmyerlilərimizi sarsıdıb və onlar ədalətli istintaq tələb ediblər”.

Diaspor rəhbəri bildirib ki, İstintaq Komitəsinin yerli idarəsi hadisənin ədalətli şəkildə araşdırılacağına zəmanət verib. Artıq hər iki polis əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb və tutulub. Atəş açan əməkdaşı isə 10 ilə kimi həbs cəzası gözləyir (cinayəti sübut olunarsa).

Polislərin saxladığı maşının sürücüsü Ruslan Qurbanovdan bütün ittihamlar götürülüb (polisə müqavimət) və o, azadlığa buraxılıb.

Rəhmətə gedən V.Abdullayevin Gürcüstan azərbaycanlısı olduğu bildirilir. Onun nəşi yaxın günlərdə Azərbaycana gətiriləcək.

Xatırladaq ki, Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü R.Qurbanov polisin xidməti avtomobilinə tərəf aparılıb.

Bu vaxt sərnişin V.Abdullayev dostuna kömək etmək üçün müdaxilə etməyə çalışıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını burub və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapançadan atəş açıb.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya gətirilib və iki gün komada qalıb.

Hadisə ilə bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açılıb.




Вернуться назад