Главная > Kriminal > Bakıda sevgilisini öldürüb özünü güllələyən polis əməkdaşı öldü

Bakıda sevgilisini öldürüb özünü güllələyən polis əməkdaşı öldü


21-05-2021, 10:10. Разместил: admin
Bakıda sevgilisini öldürüb özünü güllələyən polis əməkdaşı öldü


Bakıda qadını tapança ilə qətlə yetirərək, intihara cəhd edən polis əməkdaşı ölüb.
“Report” xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, hadisə mayın 20-də günorta saatlarında Yasamal rayonunda baş verib. Polis əməkdaşı Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib. H.Həsənovun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi açılıb.


Вернуться назад