Главная > Kriminal > Bakıda başına daş parçası düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlanıldı
Bakıda başına daş parçası düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlanıldı7-05-2021, 09:53. Разместил: admin |
Bakıda 15 yaşlı yeniyetmənin başına daş parçasının düşüb ölməsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Səbail Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də onun müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Вернуться назад |