Главная > Kriminal > Bakıda özünü yandırmaq istəyən şəxsə 10 sutka həbs verildi - VİDEO

Bakıda özünü yandırmaq istəyən şəxsə 10 sutka həbs verildi - VİDEO


9-04-2021, 09:53. Разместил: admin
Bakıda özünü yandırmaq istəyən şəxsə 10 sutka həbs verildi - VİDEO


Dəfələrlə yol-hərəkəti qaydalarını pozan sürücü yol polisinə etiraz əlaməti olaraq şəhərin mərkəzində intihara cəhd edib.

Xəzər TV xəbər verir ki, o, ''Azneft'' dairəsi ətrafında üstünə benzin tökərək yandırmaq istəyərkən ərazidə xidmət aparan polis əməkdaşları ona mane olub.

Şəki sakini Rəfael Həbubullayevi şəhər dövlət yol polis idarəsinin əməkdaşları Yasamal rayonu ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlayaraq ona inzibati qaydada cərimə yazıblar. Sürücü hərəkətinə davam etdikdən bir qədər sonra dönmə işığından istifadə etmədiyi üçün yenə də həmin polis əməkdaşları tərəfindən saxlanıb.

Baş verənlərdən əsəbiləşən Rəfael Həbubullayev avtomobilində video-çəkiliş edərək özünü yandıracağını deyib və görüntüləri sosial şəbəkələrdə paylaşıb. O, ''Azneft'' dairəsinin yaxınlığında intihara cəhd edib. O, polis əməkdaşları tərəfindən saxlanaraq 28-ci polis bölməsinə gətirilib. Amma indi Rəfael Həbubullayev törətdiyi əmələ görə çox peşmandır.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli mövzu ilə bağlı deyib ki, belə hal baş verdikdə sürücü yol polis idarəsinə şəxsən və yaxud elektron qaydada şikayət etməlidir. Belə hallar baş verdikdə yol polis idarəsində araşdırılır və məsələ öz həllini tapır.

28-ci polis bölməsində onun barəsində toplanan material Yasamal rayon məhkəməsinə göndərilib. Məhkəmədə Rəfael Həbubullayev xırda xuliqanlıq əməlinə görə inzibati qaydada 10 sutka azadlıqdan məhrum olunub.




Вернуться назад