Главная > Kriminal > Karantin rejimini pozub 20 nəfərlik məclis qurdu - Fotolar
Karantin rejimini pozub 20 nəfərlik məclis qurdu - Fotolar22-07-2020, 10:04. Разместил: admin |
Şəki rayonu, Aşağı Layısqı kənd sakini Mehman Yusifov xüsusi karantin rejimini pozaraq məclis təşkil edib. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəliblər. Ev sahibi M.Yusifovun 20- dən artıq şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin rejimi qaydalarını pozduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin və insanların bir yerə toplaşmasının qarşısı alınıb. Həmçinin, orada olanlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub. Məclisi təşkil edən 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimələnib. Вернуться назад |