Главная > Kriminal > Sabunçuda nişan mərasiminin keçirilməsinin qarşısı alınıb
Sabunçuda nişan mərasiminin keçirilməsinin qarşısı alınıb16-03-2021, 10:20. Разместил: admin |
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir. DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabunçu rayonu ərazisində yerləşən restoranlardan birində nişan mərasiminin keçirildiyi barədə 12-ci Polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən restoranın inzabatçısı, xidmət personalı və təşkilatçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Ümumilikdə 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Вернуться назад |