Главная > Kriminal > Suriyada döyüşən azərbaycanlının məhkəməsi başlayıb

Suriyada döyüşən azərbaycanlının məhkəməsi başlayıb


18-02-2021, 10:02. Разместил: admin
Suriyada döyüşən azərbaycanlının məhkəməsi başlayıb


Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən Amil Əhmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
"Report" xəbər verir ki, hakim Eldar İsmayılov sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası martın 3-ə təyin edilir.

Qeyd edək ki, A.Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb.

Araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib.

A.Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılmış, Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Вернуться назад