Главная > Kriminal > Rusiyada xüsusitəyinatlı forması geyənlər azərbaycanlı “qanuni oğru” qarşısında diz çökdü

Rusiyada xüsusitəyinatlı forması geyənlər azərbaycanlı “qanuni oğru” qarşısında diz çökdü


2-02-2021, 15:02. Разместил: admin
Rusiyada xüsusitəyinatlı forması geyənlər azərbaycanlı “qanuni oğru” qarşısında diz çökdü


Xüsusi təyinatlı qüvvələrin forması geyənlər azərbaycanlı “qanuni oğru” Albert Rıjiyin (Əli Heydərov) qarşısında diz çöküb.
Azərbaycanlı  kriminal avtoritet Əli Heydərovun (Albert Rıjiy) 40 illik  yubleyində, xüsusi təyinatlı qüvvələrin forması geyinmiş  sənətçilərin diz çökmüş formada  şou nümayiş etdiriblər. 

“Lenta” xəbər verir ki,  hadisə yanvarın 30-da Moskva ətrafındakı Odinçevodakı “Ocaq” restoranında baş verib. Belə ki,  xüsusitəyinatlı geyimdə olan bir qrup şəxs  zala daxil olaraq “qanuni oğru”nun qarşısında “Black lives matter” ruhunda diz çöküblər. Bu şou güc strukturlaırnı çox qəzəbləndirib. 

Əli Heydərov Gəncədə anadan olub və o 2012-ci ildə  Aslan Usoyanın (Ded Xasan) tərəfdarları tərəfindən “qanuni oğru” kimi taclandırılıb.


Вернуться назад