Главная > Kriminal > Fəhlələr torpaq altında qaldı - Xəsarət alanlar var

Fəhlələr torpaq altında qaldı - Xəsarət alanlar var


2-02-2021, 12:34. Разместил: admin
Fəhlələr torpaq altında qaldı - Xəsarət alanlar var


Fevralın 1-də saat 21 radələrində “Kolin” inşaat şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şabran rayon prokurorluğundan "Ölkə.Az"a verilən məlumatda bildirilir ki, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Feyruz Ağarzayev və Əmrağa Ağayev qeyd edilən ərazidə qəlibçilik işləri görərkən sonuncuların üzərlərinə torpaq kütləsi ilə birlikdə taxta şpalların aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.


Вернуться назад