Главная > Kriminal > Ermənistanın gizlətdiyi itkilər - Real rəqəmlər iki dəfə çoxdur

Ermənistanın gizlətdiyi itkilər - Real rəqəmlər iki dəfə çoxdur


25-01-2021, 14:02. Разместил: admin
Ermənistanın gizlətdiyi itkilər - Real rəqəmlər iki dəfə çoxdur


"Əgər döyüş itkilərinin hesablanması metodologiyası təqdim edilsəydi, Ermənistanın baş nazirinin müavininin müharibənin gedişatında, demək olar, dörd min nəfərin həlak olması haqqında bəyanatı etibarlı olardı”.

“Report” xəbər verir ki, bu barədə erməni hərbi analitiki Ayk Xaçikyan bildirib.

"Amma belə olduqda anlaşılmır ki, Dağlıq Qarabağdan olan, müharibədə ölən və dəfn edilən hərbi qulluqçular nəzərə alınıbmı", - deyə o qeyd edib.

“Mənim müşahidələrimə görə, erməni tərəfinin itkiləri altı min nəfərə yaxın olmalıdır", - Xaçikyan əlavə edib.

Qeyd edək ki, yanvarın 20-də Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 nəfərin həlak olması haqqında xəbər verib. Bu halda Ermənistan hakimiyyəti iddia edib ki, müharibədə ölənlərin sayı dörd min nəfəri ötmür.


Вернуться назад