Главная > Kriminal > Karantində işləyən kafenin 7 müştərisi cərimələndi
Karantində işləyən kafenin 7 müştərisi cərimələndi5-01-2021, 10:36. Разместил: admin |
Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Elşad İbrahimov və 7 nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. Вернуться назад |