Главная > Kriminal > Yaşayış yerini tərk edən 16 nəfər koronavirus xəstəsi saxlanıldı
Yaşayış yerini tərk edən 16 nəfər koronavirus xəstəsi saxlanıldı9-12-2020, 10:18. Разместил: admin |
Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 7-də 16 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ölkə.Az-a verilən məlumata görə, onlardan 13 nəfəri evlərinə qaytarılıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Həmin şəxslərdən 13-ü barəsində müvafiq polis rayon idarə şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Вернуться назад |