Главная > Kriminal > Təbəssüm Məmmədovanı 17 gün içərisində itirdik — Onkoloq Altay Əliyev

Təbəssüm Məmmədovanı 17 gün içərisində itirdik — Onkoloq Altay Əliyev


30-06-2020, 13:46. Разместил: admin
Təbəssüm Məmmədovanı 17 gün içərisində itirdik — Onkoloq Altay Əliyev


“Təbəssüm Məmmədova iyunun 8-də kritik vəziyyətdə xəstəxanaya daxil olub”.
Bu sözləri “Bona Dea” Beynəlxalq Hospitalının tibbi onkoloqu Altay Əliyev 22 yaşlı pasiyent meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında deyib.

Həkim bildirib ki, pasiyent xəstəxanaya çəki itkisi və qanqusma ilə gəlib:

“Xəstənin qarın boşluğu və  ağciyərində ləkələr görünüb. Xəstə daha əvvəl başqa klinikalara müayinə olunsa da ,ona dəqiq diaqnoz qoyula bilməyib. Xəstə daxil olan kimi ondan biopsi götürülüb və ona “koriokarsinoma, uzaq orqanların metastazı, mərhələ 4” diaqnozu qoyulub. Bu barədə dərhal xəstə yaxınlarına ətraflı məlumat verilib”.

Daha sonra Altay Əliyev bildirib ki, bu, vəziyyətdə xəstənin  sağalması 20 faiz mümkün olur:
“Xəstə yaxınları üçün bu çox böyük ümid idi. Biz 8 iyunda ilk kimyaterapiyaya başladıq. Həmin gün qanaxma, qanqusma artdı. Müalicə prosesinə baxmayaraq, 17 gün içərisində xəstəni itirdik. Ailə yaxınlarına başsağlığı diləyirəm”,- deyə o, qeyd edib.

Daha sonra Altay Əliyev bu xəbərlərin ictimaiyyətdə yanlış işıqlandırıldığını da qeyd edib.

“Təəssüf ki, xəstəlik və xəstəyə tətbiq edilən müalicə metodları ictimaiyyətə yanlış təqdim olunub. Bununla bağlı məsələyə media da həssas yanaşmalıdır",- deyə o, bildirib.


Вернуться назад