Главная > Kriminal > Erməni təcavüzü nəticəsində 3 mindən çox yaşayış evi yararsız vəziyyətə düşüb
Erməni təcavüzü nəticəsində 3 mindən çox yaşayış evi yararsız vəziyyətə düşüb6-11-2020, 14:11. Разместил: admin |
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 92 mülki şəxs qətlə yetirilib, 404 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 100, yaşayış evlərinin sayı isə 3 064-dür. Вернуться назад |