Главная > Kriminal > Hacıqabulda həmyerlisini baltalayan şəxs HAKİM QARŞISINDA
Hacıqabulda həmyerlisini baltalayan şəxs HAKİM QARŞISINDA6-11-2020, 11:12. Разместил: admin |
Hacıqabul rayonunda həmyerlisinə balta ilə xəsarət yetirməkdə təqsirli bilinən Şahin Quliyev Ali Məhkəməyə müraciət edib. Onun müraciətinə hakim İnqilab Nəsirovun sədrliyi ilə noyabrın 25-də baxılacaq. Məlumata görə Hacıqabul sakini, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü Atamoğlanov Yaqub Ağarza oğlu baş nahiyəsindən küt alətlə vurulub. Komatoz vəziyyətdə olan yaralı ilkin olaraq Şirvan şəhər Xəstəxanasına, daha sonra isə Bakı şəhərinə aparılıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 1988-ci il təvəllüdlü Quliyev Şahin Qurban oğlu polis tərəfindən saxlanılıb. Qeyd edək ki, hadisənin mübahisə zəmnində baş verdiyi bildirilib. Вернуться назад |