Главная > Kriminal > Tərtərdə dəfn zamanı düşmən qəbiristanlığa mərmi atıb, üç mülki şəxs ölüb, üçü yaralanıb

Tərtərdə dəfn zamanı düşmən qəbiristanlığa mərmi atıb, üç mülki şəxs ölüb, üçü yaralanıb


15-10-2020, 14:58. Разместил: admin
Tərtərdə dəfn zamanı düşmən qəbiristanlığa mərmi atıb, üç mülki şəxs ölüb, üçü yaralanıb


Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Report xəbər verir ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb.

Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə, ilkin məlumatlara, görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.


Вернуться назад