Главная > Kriminal > Ermənilər Ağdama yenidən mərmi atdı, mağaza, kafe və çayxanaya ziyan dəydi

Ermənilər Ağdama yenidən mərmi atdı, mağaza, kafe və çayxanaya ziyan dəydi


6-10-2020, 13:48. Разместил: admin
Ermənilər Ağdama yenidən mərmi atdı, mağaza, kafe və çayxanaya ziyan dəydi


Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

Düşmən yenə də dinc sakinləri hədəf almaq məqsədilə kəndləri atəşə tutur. Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Ağdam rayonunun ərazisindəki mağazalardan birinin qarşısına düşüb.

Ağdam sakininə məxsus mağaza, onun yaxınlığında olan kafe, çayxana və ət dükanına ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 




Вернуться назад