Главная > Kriminal > İcra başçısının qardaşı faciəvi şəkildə öldü
İcra başçısının qardaşı faciəvi şəkildə öldü25-09-2024, 15:23. Разместил: admin |
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib. “Qafqazinfo” xəbər verir ki, icra başçısının qardaşı, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi dünən saat 16 radələrində Abşeron rayonunda iş yerində elektrik cərəyanı vuraraq öldürüb. Məlumata görə, 53 yaşlı H.Quliyev Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) çalışırmış. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, hadisə barədə ilk məlumatı modern.az yayıb. Вернуться назад |