Главная > Kriminal > Toyda döyülmüşdü - Xəstəxanada öldü

Toyda döyülmüşdü - Xəstəxanada öldü


18-09-2024, 10:21. Разместил: admin
Toyda döyülmüşdü - Xəstəxanada öldü


Göygöldə toyda döyülən kişi ölüb.

 “Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəl Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində dava zamanı ağır xəsarətlər alan Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada ölüb.

Belə ki, xuliqanlıq zəminində döyülən şəxs ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Göygöl RPŞ-nin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, rayon sakin R.Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verdiyi məlum olub.


Вернуться назад