Главная > Kriminal > Binəqədidə silahlı qarşıdurma - Polis bir nəfəri güllələdi

Binəqədidə silahlı qarşıdurma - Polis bir nəfəri güllələdi


10-09-2024, 09:26. Разместил: admin
Binəqədidə silahlı qarşıdurma - Polis bir nəfəri güllələdi

Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.

Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğlu törədib.

Hadisə yerindən cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад