Главная > Kriminal > Qubadlıda yanğın oldu - Video

Qubadlıda yanğın oldu - Video


28-08-2024, 14:58. Разместил: admin
Qubadlıda yanğın oldu - Video


Qubadlı rayonu Xəndək kəndində 20 hektarlıq sahədə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 20 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.




Вернуться назад