Главная > Kriminal > İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb20-08-2024, 14:13. Разместил: admin |
İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, avqust ayının 15-də saat 00:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 710 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Вернуться назад |