Главная > Kriminal > Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldı - VİDEO
Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldı - VİDEO12-08-2024, 12:47. Разместил: admin |
Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər. Xezerxeber.az-ın məlumatına görə, bu gün günorta saat 14:20-də İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında biliblər. Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur. Bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər. Aylarladır ki, ziyarəti gözləyən insanlar bütün günü hava limanında cavab gözləyiblər. Zəvvarları aldadan şəxslərlə əlaqə saxlamağa çalışsaq da, zəngə cavab verilmədi. Günün sonuna doğru məlumat aldıq ki, zərəçəkənlərin şikayəti əsasında polis vətəndaşları aldatdığı iddia edilən və özünü Hacı xanım kimi təqdim edən şəxsi şöbəyə aparıb. Faktla bağlı araşdırma aparılır. <embed width="640" height="360" src="https://player.olke.az?v=34081&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed> Вернуться назад |