Главная > Kriminal > Axşamçağı Bakını bir-birinə qatdı... - Video

Axşamçağı Bakını bir-birinə qatdı... - Video


9-08-2024, 10:57. Разместил: admin
Axşamçağı Bakını bir-birinə qatdı... - Video


Sosial şəbəkələrdə DYP əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə dünən saat 17:30 radələrində Bakıda baş verib. Yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə “VAZ 2107” markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.

Görülən tədbirlərlə sürücü 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.

E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə gödərilib.

<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/200154.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>


Вернуться назад