Главная > Kriminal > Bakıda gəmi yanır: Nazirlik hərəkətə keçdi
Bakıda gəmi yanır: Nazirlik hərəkətə keçdi31-07-2024, 09:51. Разместил: admin |
Fövqəladə Hallar Nazirliyinin (FJN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək. Вернуться назад |