Главная > Kriminal > Ərinin öldürülməsini sifariş verən qadın hakim qarşısında: Yeni detallar (VİDEO)
Ərinin öldürülməsini sifariş verən qadın hakim qarşısında: Yeni detallar (VİDEO)20-07-2024, 11:32. Разместил: admin |
Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin cinayət işinin növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən B.Fərzəliyev dindirilib. O, ifadəsi zamanı digər təqsirləndirilən E.Əliyevi əvvəllər, M.Məmmədov isə onun vasitəsilə tanıdığını bildirib. M.Məmmədov qətlə yetirilən Əli Seyidli ilə aralarında probleminin olduğunu B.Fərzəliyevə bildirib. O da öz növbəsində bu barədə ona kömək edəcəyini deyib. Hadisə olan gün təqsirləndirilən hər üç şəxs mərhum Ə.Seyidlinin Maştağa qəsəbəsində yaşadığı evin yaxınlığına gediblər. Qeyd edək ki, hadisə bu ilin martında Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan şəxslər şübhəli qismində tutularaq istintaqa cəlb olunublar. Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb. Daha ətraflı Baku TV-nin süjetində: <embed width="640" height="360" src="https://player.olke.az?v=33399&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed> Вернуться назад |