Главная > Kriminal > Biləsuvarda ağır qəza, ölən və yaralılar var

Biləsuvarda ağır qəza, ölən və yaralılar var


15-05-2024, 10:11. Разместил: admin
Biləsuvarda ağır qəza, ölən və yaralılar var


Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад