Главная > Kriminal / Hadisə > Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb

Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb


11-05-2024, 09:26. Разместил: admin
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb


Saatlıda marixuana qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunur ki, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtomobilin dövlət qeydiyyat nişanlarına və konstruksiyasına dəyişiklik edən, çoxavazlı səs siqnalı quraşdıran, sərxoş vəziyyətdə və müvafiq sənədləri olmadan avtomobil idarə edən 45 sürücü müəyyən edilib. Onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Tədbir zamanı narkotik vasitə - marixuana qəbul edərək taksi fəaliyyəti ilə məşğul olan rayon sakini S.Mollayev də saxlanılıb. Sürücü barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.




Вернуться назад