Главная > Kriminal > Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ


19-04-2024, 10:02. Разместил: admin
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ


Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.

Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1962-ci il təvəllüdlü Məmmədov Hakim və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu polis əməkdaşları tərəfindın saxlanılıb.

Araşdırma aparılır.


Вернуться назад