Главная > Kriminal > Bakıda tanınmış restoranda dava düşüb, bıçaqlanan var

Bakıda tanınmış restoranda dava düşüb, bıçaqlanan var


6-03-2024, 10:05. Разместил: admin
Bakıda tanınmış restoranda dava düşüb, bıçaqlanan var


Bakının Yasamal rayonunda restoranda dava düşüb.

APA bildirir ki, hadisə "Papaq" restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır.


Вернуться назад