Главная > Kriminal > İt parçalayan uşaqla bağlı xəstəxanadan AÇIQLAMA
İt parçalayan uşaqla bağlı xəstəxanadan AÇIQLAMA4-03-2024, 11:49. Разместил: admin |
Xəbər verdiyimiz kimi, “Qobu Park”da azyaşlı itlərin hücumuna məruz qalıb. TƏBİB uşağın sondurumunu açıqlayıb: "03.03.2024-cü il tarixində saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir" - məlumatda deyilir. Вернуться назад |