Главная > Kriminal > Vasif Tağıyevin anası oğlunu yaralayan şəxs barəsində edam hökmü çıxarılmasından danışdı
Vasif Tağıyevin anası oğlunu yaralayan şəxs barəsində edam hökmü çıxarılmasından danışdı6-02-2024, 13:54. Разместил: admin |
İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva oğlunu ağır yaralayan terrorçu barəsində edam hökmü çıxarılmasına münasibət bildirib. T.Tağıyeva Pravda.az-a açıqlamasında fikirlərini belə ifadə edib: “Bəli, doğru qərardır. Bir insan ölümü olsa da, ona “insan” demək olmaz. Orxanın qisası alındı, Vasifin, Mahirin qanı yerdə qalmadı. Səfirlik Azərbaycan torpağıdır. Bizim torpağımıza uzanan əllər mütləq kəsilməlidir! Biz dövlətimizə, prezidentimizə güvənirik. Haqq-ədalət yerini tapmalıdır. Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizin canı sağ olsun, bütün oğullarımızı Allah özü qorusun. Amin!” Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu birinci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb. Qeyd edək ki, dünən Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb. Вернуться назад |