Главная > Kriminal > “Günahkaram, çay evindən çıxdıqdan sonra...”

“Günahkaram, çay evindən çıxdıqdan sonra...”


6-02-2024, 10:26. Разместил: admin
“Günahkaram, çay evindən çıxdıqdan sonra...”


“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib.

Bloger hadisədə özünü günahkar sayır: “2015-ci ildə də mən travma keçirmişəm. Buna görə hadisə anını tam xatırlaya bilmirəm. Yadımdadır ki, Nərimanovda çay evindən çıxdıqdan sonra bir az gəzmək istədik. Qardaşım qədər mənə yaxın olan insanı itirdim. Günahkaram”.
N.Şakirli hadisə günü içkili olmadığını deyir. Sərbəst ifadəsində həmin günü tam xatırlamadığını desə də, yadında qalan budur ki, hadisə günündən bir gün əvvəl içki qəbul edib.

Sədrlik edən hakim müttəhimin diqqətinə çatdırıb ki, təqsiri sübuta yetiriləcəyi halda 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

© Qafqazinfo


Вернуться назад