Главная > Kriminal > Sexdəki partlayışda xəsarət alanların son durumu açıqlandı

Sexdəki partlayışda xəsarət alanların son durumu açıqlandı


16-01-2024, 10:50. Разместил: admin
Sexdəki partlayışda xəsarət alanların son durumu açıqlandı


Ötən gün Bakıda sexdə baş verən partlayış-yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır.

Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir: "Onlardan birinin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir".

Xatırladaq ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Вернуться назад