Главная > Kriminal > Baş prokuror yanğına səbəbin ilkin ehtimalını açıqladı

Baş prokuror yanğına səbəbin ilkin ehtimalını açıqladı


9-01-2024, 14:26. Разместил: admin
Baş prokuror yanğına səbəbin ilkin ehtimalını açıqladı


“Respublika Perinatal Mərkəzdə baş verən yanğında təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu hadisə yerinə gələn Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Baş prokuror bildirib ki, bütün bu hadisələri hərtərəfli araşdırmaq üçün vaxt lazımdır:

“Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi dərhal üzərlərinə düşən öhdəlikləri yerinə yetiriblər. İlkin ehtimala görə yanğın elektrik şəbəkəsində baş verən nasazlıqla bağlı olub”.

“4 körpənin tüstü boğulmasından və ya yanaraq ölməsi ilə bağlı dəqiq məlumat ekspertiza rəyindən sonra bilinəcək. İlkin ehtimal odur ki, körpələr yanıq xəsarətləri alıblar. Lakin onların yanıq xəsarətindən, yoxsa zəhərlənmədən ölməsi hələ ki dəqiqləşdirilməyib”, - K.Əliyev əlavə edib.


Вернуться назад