Главная > Kriminal > Azərbaycanda evə basqın edildi — YARALILAR VAR
Azərbaycanda evə basqın edildi — YARALILAR VAR17-09-2020, 11:29. Разместил: admin |
Astarada ailə maskalı şəxslərin hücumuna məruz qalıb. APA xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Abdullayevlər ailəsinin 3 üzvü daxil olub. Bunlar, Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və 2000-ci il Emral Seymur oğlu Abdullayevdir. Onlardan baba və nəvə - S.Abdullayev və E.Abdullayev Reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin iddiasına görə, evə maskalı şəxslər hücum edib. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |