Главная > Kriminal > Prokurorluqdan 2 hərbçinin dəm qazından ölməsi ilə bağlı AÇIQLAMA
Prokurorluqdan 2 hərbçinin dəm qazından ölməsi ilə bağlı AÇIQLAMA4-12-2023, 12:52. Разместил: admin |
Dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, hadisə rayonun “PMK-23” adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, dördmərtəbəli yaşayış binasında kirayədə yaşayan Neftçala rayon sakini, 1995-ci il təvəllüdlü Ağaməmmədov Urufət Oruc oğlu və Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu dəm qazından boğularaq ölüblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onların yaşadıqları mənzilə baxış keçirilib. Meyitlər daxili və xarici müayinədən sonra aidiyəati üzrə təhvil verilib. Məlumata görə, rayon ərazisindəki “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət edən U.Ağaməmmədov və D.Ələkbərzadə sözügedən yaşayış massivində kirayədə qalırmışlar. Вернуться назад |