Главная > Kriminal > Bakıda hotel biznesi 333 minə “partladı”: Ailə üzvləri dələduzluqla üzləşdilər
Bakıda hotel biznesi 333 minə “partladı”: Ailə üzvləri dələduzluqla üzləşdilər14-11-2023, 15:35. Разместил: admin |
Bakıda qadın külli miqdarda dələduzluqda ittiham olunur. Lent.az xəbər verir ki, D.Həsənəliyeva G.M., A.M. bacıları və onların qardaşı M.M.-dən hotel və tikinti işlərinə sərmayə qoymalarını təklif edib. Daha sonra, onlara qazancdan pay verəcəyini vəd verib. Məlumata görə, təqsirləndirilən şəxs bu təklif qarşılığında qardaş-bacılardan ümumilikdə 333 min 677 manat pul alıb. Lakin sonradan vədinə əməl etməyib. Nəticədə zərərçəkənlər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Dələduzluqda şübhəli bilinən D.Həsənəliyeva məsuliyyətə cəlb edilib. Onun barəsində ev dustaqlığı qərarı verilib. Hazırda istintaq Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Вернуться назад |