Главная > Kriminal > Cahangir Hacıyev məhkəməyə gətirildi
Cahangir Hacıyev məhkəməyə gətirildi13-11-2023, 13:19. Разместил: admin |
Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev məhkəməyə gətirilib. “Qafqazinfo”nun məlumatına görə, 8 ildir həbsdə olan C.Hacıyev yaxın dostu, sabiq deputat Dünyamin Xəlilovun yeni cinayət işi üzrə şahid qismində ifadə verəcək. O, cəzaçəkmə müəssisəsindən təcridxanaya etap olunub, kanvoyun müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib. Proses günün ikinci yarısında başlayacaq. Qeyd edək ki, sabiq deputat Dünyamin Xəlilov və iş adamı Azad Cavadova yeni cinayət işi açılıb. İttihama görə, hazırda həbsdə olan Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri “General Construction” və “Bakı Fındıq Emalı Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. D. Xəlilov və A.Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib. Xatırladaq ki, Dünyamin Xəlilov və Azad Cavadov Cahangir Hacıyevlə birgə məhkum ediliblər. C.Hacıyev 16 il 6 ay, D. Xəlilov 14 il 6 ay, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Вернуться назад |