Главная > Kriminal > David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim oldu - FOTO

David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim oldu - FOTO


28-09-2023, 10:35. Разместил: admin
David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim oldu - FOTO


Qondarma "Artsax" "prezidenti"nin müşaviri David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim olub.

Bu barədə Babayan feysbukda yazıb. 

"Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim. Bu qərar təbii ki, ilk növbədə yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar başa düşəcəklər. Mənim peyda olmamağım, daha da pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı bir insan, zəhmətkeş, vətənpərvər və xristian olaraq buna yol verə bilmərəm”, - deyə Babayan bildirib. 




Вернуться назад