Главная > Kriminal > Azad edilən erməni əsilli futbolçuların Ermənistana göndərilməsi kadrları - VİDEO
Azad edilən erməni əsilli futbolçuların Ermənistana göndərilməsi kadrları - VİDEO8-09-2023, 09:00. Разместил: admin |
Azərbaycan bayrağını təhqir etdiyinə görə tutulan erməni əsilli 3 futbolçunun azad edilərək Ermənistana göndərilməsi videosu yayılıb. "Videonu təqdim edirik. Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmiş 3 nəfər erməni əsilli futbolçu avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb və Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyinin nümunəsi olaraq barələrində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilib və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsilə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) başlanmış icraat üzrə onların hər üçü məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə bu gün həmin şəxslərin tənbeh müddəti başa çatdığından onlar azad olunaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşaiyətilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Laçın sərhəd-keçid məntəqəsindən Ermənistan Respublikasına keçmələri təmin edilib. <embed width="640" height="360" src="https://player.olke.az?v=21335&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed> Вернуться назад |