Главная > Kriminal > Mingəçevirdə qısqanc ər arvadını öldürüb — MƏHKƏMƏ
Mingəçevirdə qısqanc ər arvadını öldürüb — MƏHKƏMƏ10-09-2020, 11:21. Разместил: admin |
Mingəçevir şəhərində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Elnur Usayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. "Ölkə.Az" xəbər verir ki, Cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Nahid Mirzəyevin icraatıva verilən cinayət işi üzrə məhkəmə hazırlıq iclası sentyabrın 17-nə təyin olunub. Qeyd edək ki, hadisə bu il mayın 20-də 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə İsayevanın qohumunun evində bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla hadisənin zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Elnur İsayev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsi müəyyən olunub. Daha sonra Elhur İsayev Mingəçevir Şəhər Polis Şöbəsinə könüllü gələrək təslim olub. O, cinayətin aləti olan bıçağı istintaq orqanına təqdim edib. Вернуться назад |