Главная > Kriminal > Gədəbəydə jurnalistlər saxlanılıblar? - RƏSMİ AÇIQLAMA
Gədəbəydə jurnalistlər saxlanılıblar? - RƏSMİ AÇIQLAMA22-06-2023, 11:53. Разместил: admin |
Sosial şəbəkələrdə Gədəbəyin Söyüdlü kəndi ərazisində çəkiliş apardığına görə bir neçə jurnalistin polis tərəfindən saxlanması barədə məlumatlar yayılıb. DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Ölkə.az-a bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil: “Bildirmək istəyirəm ki, heç bir jurnalist saxlanılmayıb”. Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Вернуться назад |